Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
30-07-2022, 12:06
17 754

Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb

Cari ilin birinci yarısında Ermənistanda cinayət halları, o cümlədən qətl, oğurluq, quldurluq, qarət halları 22,3 % artıb.

Bu barədə Ermənistanın Polisi rəisinin birinci müavini Aram Ovannisyan bildirib.

Polisin Əməliyyat Hesabatına əsasən, ölkədə qeydə alınan cinayətlərin ümumi sayı 17 005 fakt artıb.

O, qeyd edib ki, qəsdən sağlamlığa xüsusilə ağır zərər vurma, avtoxuliqanlıq, oğurluq, o cümlədən nəqliyyat vasitələrinin oğurluğu halları artıb.

Bundan əlavə, ölkədə 442 korrupsiya cinayəti müəyyən edilib ki, onlardan 134-ü rüşvətxorluq, 64-ü vəzifə səlahiyyətlərindən istifadə etməklə mənimsəmə, 44-ü vəzifə saxtakarlığı, 90-ı vəzifə səlahiyyətlərindən sui-istifadə, 47-si vəzifə səlahiyyətlərindən sui-istifadə olub.

İstintaq orqanları tərəfindən 91 524 material hazırlanıb, 10 065 cinayət işi başlanıb.

Oxşar xəbərlər