İlon Mask “Twitter“i məhkəməyə verdi
30-07-2022, 22:09
18 162

İlon Mask “Twitter“i məhkəməyə verdi

Amerikalı milyarder İlon Mask satın almağa razı olduğu "Twitter"ə qarşı əks iddia qaldırıb.
CNBC xəbər verir ki, Maskın hüquq qrupu cümə günü Delaver məhkəməsində məxfi əks iddia qaldırıb. İddia barəsində hər hansı bir məlumat ictimaiyyətə təqdim edilməsə də, onun məzmununun yaxın gələcəkdə açıqlana biləcəyi vurğulanıb. 
Xatırladaq ki, bu ilin aprel ayının sonunda milyarderin "Twitter"i təxminən 44 milyard dollara almaq istədiyini qeyd etdiyi məlum olmuşdu. 

Oxşar xəbərlər