40 mindən çox hərbçi, 1 759 tank, 222 hərbi təyyarə... - Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
30-07-2022, 13:32
17 452

40 mindən çox hərbçi, 1 759 tank, 222 hərbi təyyarə... - Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

Ukrayna Rusiya ordusunun itkiləri haqqında məlumatı yeniləyib.
 
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
 
Məlumata görə, indiyə qədər Rusiyanın 40 670 hərbçi, 1 759 ədəd tank, 3 995 ədəd zirehli döyüş maşını, 906 ədəd artilleriya sistemi, 258 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarə, 190 ədəd helikopter, 2 889 ədəd avtomobil texnikası, 733 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 78 xüsusi avadanlığı məhv edilib.
 
Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 157-ci günüdür.

Oxşar xəbərlər