Qarabağda vuruşmuş erməni komandir həbs olundu
30-07-2022, 13:34
17 478

Qarabağda vuruşmuş erməni komandir həbs olundu

2020-ci il Qarabağ müharibəsi zamanı qondarma rejimin “müdafiə ordusu”nun müdafiə bölgəsinin komandiri vəzifəsində çalışmış yüksək rütbəli zabit həbs edilib.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
“Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin istintaq şöbəsində aparılan cinayət işi çərçivəsində və genişmiqyaslı prosessual, eləcə də sübutetmə əməliyyatları nəticəsində müəyyən edilib ki, 2019-cu ilin noyabrından 2020-ci ilin oktyabrın 4-dək olan müddətdə “Artsax Müdafiə Ordusu”nun N saylı Müdafiə Bölgəsinin komandiri rütbəsini tutan polkovnik S.A. gücləndirilmiş döyüş növbətçiliyində olarkən bir sıra normativ hüquqi aktlarla müəyyən edilmiş döyüş növbətçiliyi qaydalarını pozub.
O cümlədən, S.A. 26 sentyabr 2020-ci il tarixində hərbi hissənin yaradılması gününə həsr olunmuş şənliyə hərbi hissənin zabit heyətinin əsas hissəsinin və onun dəvət etdiyi digər qonaqların, ümumilikdə isə 100-ə yaxın şəxsin iştirakı ilə şam yeməyi təşkil edib və keçirib. 
S.A.-ya 18 aprel 2003-cü ildə qəbul edilmiş Ermənistan Repsublikası Cinayət Məcəlləsinin 540-cı maddəsinin 5-ci hissəsi ilə (dövlətə qarşı hücumun vaxtında aşkar edilməməsi və ya qarşısının alınmaması ilə nəticələndikdə vəzifənin pozulması) ittiham irəli sürülüb”, - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər