Rusiya ABŞ-ı danışıqları pozmaqda ittiham etdi
30-07-2022, 14:07
17 476

Rusiya ABŞ-ı danışıqları pozmaqda ittiham etdi

Martın əvvəlində İstanbulda müəyyən irəliləyiş əldə edildikdən sonra Ukrayna hakimiyyəti ABŞ rəhbərliyinin göstərişi ilə sülh danışıqlarını dayandırıb. 
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Diplomatın sözlərinə görə, Moskva müharibə başlayandan dərhal sonra rəsmi Kiyevin xahiş etdiyi Ukrayna ilə sülh danışıqlarından imtina etməyib: "Biz artıq Kiyev hakimiyyətini hərbi əməliyyatları davam etdirmək üçün quran NATO və Avropa İttifaqı nümayəndələrinin döyüşkən bəyanatlarına öyrəşmişik".
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son təkbətək danışıqlar martın 29-da İstanbuldakı Dolmabağça sarayında baş tutub. 

Oxşar xəbərlər