ABŞ-da 23 yaşlı azərbaycanlı iranlı jurnalisti öldürməkdə ittiham olunur - Video
1-08-2022, 11:35
1 745

ABŞ-da 23 yaşlı azərbaycanlı iranlı jurnalisti öldürməkdə ittiham olunur - Video

ABŞ-da yaşayan iranlı jurnalist və dissident Məsih Əlinejadın evinin qarşısında şübhəli şəxs saxlanılıb.
“New York Post” xəbər verir ki, saxlanılan şəxs azərbaycan əsili 23 yaşlı Xalid Mehdiyev olub.
Bildirilir ki, polislər Xalid Mehdiyev “Subaru Forester” markalı avtomobildən “AK-47” avtomat silahı, patron darağı və 1000 dollar pul aşkarlayıblar.
Polislər 2 gün ərzində İllinoys dövlət nömrə nişanlı boz rəngli avtomobili izləyib. Şübhəli şəxs Məsih Əlinejadın evinin pəncərələrdən içəriyə baxıb və evin giriş qapısını açmağa çalışıb. Saxlanılan zaman Xalid Mehdiyevin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi məlum olub.  
Şübhəli şəxs polisə bildirib ki, o Yonkersdə yaşayır, lakin kirayə haqqı çox yüksək olduğu üçün Bruklində yaşamaq üçün yeni ev axtarır.
O, evdə bir otaq icarəyə götürə biləcəyini soruşmaq üçün daxili qapını döymək məqsədilə ön qapını açmağa çalışdığını iddia edib.
Qeyd olunur ki, ötən il Bruklində yaşayan və İran hökumətini açıq tənqid edən Məsih Əlinejadı oğurlamağa cəhd etməkdə təqsirləndirilən dörd iranlıya qarşı ittiham irəli sürüblər.

Oxşar xəbərlər