Bu ölkədə koronavirusun kökü kəsildi
1-08-2022, 12:19
1 919

Bu ölkədə koronavirusun kökü kəsildi

Şimali Koreyada (KXDR) artıq 3 gündür qızdırma aşkar edilmir.

Lent.az xəbər verir ki,  bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

Ölkədə apreldən bəri 4,77 milyon nəfər qızdırmaya yoluxub onlardan 99,99%-i sağalıb, cəmi 144 nəfərin müalicəsi davam edir. Qızdırmadan ölənlərin sayı 74 nəfər, ümumi ölüm səviyyəsi 0,002%-dir.

Agentlik bildirir ki, infeksiya ilə mübarizə davam edir.

Qeyd edək ki, rəsmi mənbələr koronavirus xəstəliyinin sərhəddə xidmət keçən əsgərin yad cisimlə təması nəticəsində ölkəyə gəldiyini iddia edirlər. KXDR-də Covid-19 xəstəliyini "spesifik qızdırma" termini ilə ifadə olunur. 

Oxşar xəbərlər