Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
1-08-2022, 12:30
1 945

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Yeni Zelandiya hakimiyyəti Ukraynanın işğalı ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib. Tətbiq olunan tədbirlər bir sıra Hərbi Sənaye, SoQaz və Rusiya Dəmir Yolları şirkətlərinə qarşı tətbiq olunacaq.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"SoQaz sığorta şirkəti, Rusiya Dəmir Yolları və Rusiya Silahlı Qüvvələri üçün hərbi texnikanın hazırlanması, istehsalı və sınaqları ilə məşğul olan müdafiə müəssisələrinə qarşı sanksiyalar tətbiq edilir”, - nazirliyin məlumatında deyilir.
Yeni Zelandiyanın Rusiyaya qarşı sanksiyalarına “səyahət qadağası, aktivlərin dondurulması, maliyyə əməliyyatlarına qadağa, dəniz və hava gəmilərinin ölkəyə gəlməsi də daxil olmaqla geniş spektrli tədbirlər daxildir”.

Oxşar xəbərlər