İraq hökuməti paytaxta qoşun yeridib
1-08-2022, 13:17
1 872

İraq hökuməti paytaxta qoşun yeridib

Fəallar tərəfindən parlamentin növbəti dəfə ələ keçirilməsi ilə əlaqədar İraqın paytaxtı Bağdada qoşunlar yeridilib.
Bu barədə “Əl-Hədas” telekanalı məlumat yayıb. 
Yerli nəşrlərin məlumatına görə, yüksək vəzifəli şəxslərin əksəriyyəti artıq ölkəni tərk edib. Bağdadın mərkəzinə gedən yolların əksəriyyəti bağlanıb, küçələrdə siren səsləri eşidilir. Şəhərə qoşun yeridilib, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 125 nümayişçinin yaralandığı bildirilir.
Bundan əvvəl şiə imamı Müqtəda əs-Sədrin tərəfdarları Bağdadın güclü mühafizə olunan Yaşıl Zonasında yerləşən parlament binasına soxulublar. Onlar “Koordinasiya strukturu” blokundan Məhəmməd əl-Sudaninin İraqın baş naziri vəzifəsinə irəli sürülməsinə qarşıdırlar.
Etirazçılar bütün tələbləri yerinə yetirilməyənə qədər parlament binasını tərk etməyəcəklərini bildiriblər. Əsas olanlar qanunverici orqanın buraxılması və korrupsiya ilə məşğul olan şəxslərin olmayacağı keçid hökumətinin yaradılmasıdır. Bundan başqa, fəallar Ali Məhkəmə-Hüquq Şurasının rəhbərliyinin dəyişdirilməsində israrlıdırlar ki, bu da onların fikrincə islahatların həyata keçirilməsinə mane olur.

Oxşar xəbərlər