Ukraynada ölən rus hərbçilərinin yeni statistikası: 41 mini keçdi
2-08-2022, 20:34
10 173

Ukraynada ölən rus hərbçilərinin yeni statistikası: 41 mini keçdi

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya ordusunun 41 170 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1768 tank, 4014 zirehli döyüş maşını, 936 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 739 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 914 avtomobil texnikası və avtosistern, 82 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. 

Oxşar xəbərlər