Pakistanda hərbi helikopter qəzaya uğradı: 3 general həlak OLDU
2-08-2022, 12:47
1 565

Pakistanda hərbi helikopter qəzaya uğradı: 3 general həlak OLDU

“Eurocopter AS350” hərbi helikopteri Pakistanın cənub-qərbində qəzaya uğrayıb və göyərtəsində olan yüksək rütbəli zabitlər həlak olub.
Bu barədə informasiyanı “Hindustan Times” nəşri yayıb.
Hadisə ötən bazar ertəsi Bəlucistan əyalətində qeydə alınıb. Helikopterdə olan altı hərbçinin hamısının öldüyü ehtimal edilir. 
Onların arasında Pakistan Ordusunun 12-ci Korpusunun komandiri, general-leytenant Sərfraz Əli, Pakistan Sahil Mühafizəsinin rəisi, briqada generalı Amjad Hanif Satti, 12-ci Mühəndislər Korpusunun komandiri, briqada generalı Xalid də var.
Helikopter daşqınlardan zərər çəkmiş Bəlucistan əhalisinə yardımın göstərilməsində iştirak edib. //bizim.media

Oxşar xəbərlər