Ona işgəncə verən oğlundan polisə şikayət etdi
2-08-2022, 12:56
1 582

Ona işgəncə verən oğlundan polisə şikayət etdi

Bakıda oğlu tərəfindən fiziki zorakılığa məruz qalan qadın polisə müraciət edib.

Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən Qızıldaş qəsəbə sakini A.Baxşalıyeva narkotik vasitə aludəçisi olan 22 yaşlı oğlunun onu mütəmadi doydüyünü bildirib.

O qeyd edib ki, sonuncu dəfə iyulun 29-u gecə saat 02 radələrində övladı, 2000-ci il təvəllüdlü İ.Nəcəfov evdə olarkən pul tələb edərək onu bıçaqla hədələyib və döyüb: “Bütün evi dağıtdı, pula gedən əşyaları satıb. Son olaraq kondisioneri də satdı”.

Qadının müraciəti ilə bağlı araşdırma aparılır.(qafqazinfo.az)

Oxşar xəbərlər