İraqda nümayişçilər parlament binasına hücum etdilər
2-08-2022, 13:15
1 646

İraqda nümayişçilər parlament binasına hücum etdilər

İraqda siyasi etirazların coğrafiyası genişlənir, yeni əyalətlərə yayılır.
"RİA Novosti" xəbər verir ki, İraqda Müqtəda əs-Sədr tərəfdarlarının etirazları artıq Bağdad da daxil olmaqla yeddi əyaləti əhatə edib.
Şənbə günü İraqın paytaxtında nüfuzlu şiə lideri Müqtəda Sədrin tərəfdarlarının etirazları yenidən başlayıb. Nümayişçilər bir həftə ərzində ikinci dəfə parlament binasına basqın ediblər. Onlar hazırda parlament binasındadırlar və etirazlarını davam etdirməyə hazırlaşırlar. 
Etirazçılar Bağdadda bir neçə körpünü bağlayıb, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. 

Oxşar xəbərlər