Əl-Qaidə lideri öldürüldü, ABŞ bəyanat verdi...- Sırada kimdir?
2-08-2022, 13:48
7 828

Əl-Qaidə lideri öldürüldü, ABŞ bəyanat verdi...- Sırada kimdir?

Xəbər verdiyimiz kimi, ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.
Maraqlıdır, bu hadisə regiondakı geosiyasi hadisələrə necə təsir edəcək? ABŞ-ın regiondakı müttəfiqlərinə bununla əlaqədar hücum və s. təşkil edilə bilərmi, növbəti hədəf kimdir? 
Məsələ ilə bağlı açıqlama verən politoloq Natiq Miri sui-qəsdin son olmayacağını və hadisələrin bununla yekunlaşmayacağını deyib:

"Talibançıların əl-Qaidə liderinin öldürülməsi ilə bağlı qisas alacağını düşünmürəm. Düşünürəm ki, qətl hadisəsinin bilavasitə sifarişçisi kimi ona yardım edən tərəflər var və onlar talibançıların içərisindəndir. Çünki bu məsələ özlüyündə konkret bir nəticə deməkdir və hadisələr bununla yekunlaşmaycaq. Son zamanlar ABŞ-ın düşməni sayılan bəzi ölkələrlə bağlı Talibanın süni problemlər yaratdığını müşahidə edirik. Öncə onlar Rusiyaya ultimatim kimi şərtlər irəli sürdülər və bu şərtlərin qəbul olunmadığı  təqdirdə Rusiyanın Orta Asiyadakı geosiyasi maraqları olan ölkələrə hücujm edəcəkləri ilə bağlı Rusiyanı təhdid etdilər.
Bir neçə  gün öncə Taliban sərhədçiləri ilə İran arasında ciddi atışma hadisələri yaşandı. Bu, sadəcə Taliban və İran arasında yaşanan hadisələr demək deyil. Bütün bu məsələləri üst-üstə qoyanda aydın olur ki, hələ də ABŞ-la əməkdaşlıq edən qüvvələr mövcuddur və bu sifarişi yerinə yetirən mərkəzlər var. Ona görə ki, Talibanın yardımı olmadan Əfqanıstanın daxilində əməliyyatların keçirilməsi müəyyən problemlər yarada bilərdi". 
Politoloq Taliban tərəfindən süni bəyanatın verilə biləcəyini də qeyd edib:

"Düşünürəm ki, bu məsələdə Taliban üzvlərinin əli var və bu, bir neçə şəxsin hərəkata xəyanəti ilə bağlı deyil. ABŞ Talibanı Əfqanıstandan geri çəkilməklə hakimiyyətə gətirdiyi kimi həmin sövdələşmələrin davamı kimi indiki hadisələr yaşanır. Artıq getdikcə Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsinin səbəblərinə işıq salınır. Bu səbəblə Taliban tərəfindən qisas xarakterli ciddi addımlar atılmayacaq. Ola bilsin ki, sadəcə görüntü xarakterli hansısa bəyanatlar verilsin".
 

Oxşar xəbərlər