"Putin dostu vasitəsilə Ukraynaya sözlərini çatdırdı" - KİV
3-08-2022, 10:33
1 834

"Putin dostu vasitəsilə Ukraynaya sözlərini çatdırdı" - KİV

Rusiya prezidenti Vladimir Putinlə dostluq münasibətində olan Almaniyanın yeddinci kansleri, “Rosneft”in direktorlar şurasının keçmiş sədri Gerhard Şröder Rusiyanın Ukrayna üçün istəklərini "çatdırıb". 
Bu barədə "Stern" məlumat yayıb.
Şröderin sözlərinə görə, “Kreml danışıqlar yolu ilə həll yolu tapmaq istəyir” və bu, “yaxşı xəbərdir”.
O,  həmçinin rusların işğal etdiyi Krımla bağlı həll yolu guya zamanla tapıla biləcəyini vurğulayıb: "Bəlkə də Honq-Konqla olduğu kimi 99 ildə yox, gələcək nəsildə", - deyə bildirib. 
Bundan əlavə, Putinin dostunun fikrincə, Ukrayna üçün NATO üzvlüyünə alternativ “Avstriyadakı kimi hərbi neytrallıq ola bilər”.
Şröderin Putinlə dostluğu...
1998-2005-ci illərdə Almaniya hökumətinə rəhbərlik etmiş Şröder illərdir Rusiyanın dövlət şirkətlərində işləməsi və Rusiya prezidenti Vladimir Putinlə dostluğuna görə tənqid olunur.
Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə fonunda ona qarşı təzyiqlər artıb. Mayın sonunda Şröder Almaniyada keçmiş kansler kimi malik olduğu bəzi imtiyazlardan məhrum edilib. Xüsusilə, 2021-ci ildə kadr xərcləri dövlət xəzinəsindən 400 min avrodan çox olan ofisini bağlayıblar. Bununla belə, 78 yaşlı siyasətçinin şəxsi müdafiə və pensiya hüququ hələ də var.
Bundan sonra Şröder “Rosneft”dəki vəzifəsindən istefa vermək qərarına gəlib və daha sonra Rusiyanın qaz inhisarçısı “Qazprom”un Direktorlar Şurasına daxil olmaq təklifini qəbul etməyəcəyini açıqlayıb.
Qeyd edəh ki, 26 iyul 2022-ci ildə Şröder Putinlə görüşmək üçün Moskvaya gedib. 

Oxşar xəbərlər