İŞİD İraqda əsgərlərə hücum etdi: Ölənlər var
3-08-2022, 11:47
1 843

İŞİD İraqda əsgərlərə hücum etdi: Ölənlər var

İraqın şimal-şərqində yerləşən Türkmənlərin Karatəpə qəsəbəsinin Meşkul kəndindəki hərbi məntəqəyə İŞİD terror təşkilatı tərəfindən silahlı basqın edilib.
Yüngül silahların istifadə edildiyi hücumda 4 əsgərin şəhid olduğu, 4 əsgərin yaralandığı qeyd edilib.
Terrorçular hadisə yerinə göndərilən əlavə qüvvələri pusquya salıblar.
Hücumdan sonra itən təşkilat üzvlərinin tapılması üçün bölgədə genişmiqyaslı əməliyyat başladılıb.

Oxşar xəbərlər