Tramp Tayvan səfərinə görə Pelosini "dəli" adlandırdı
3-08-2022, 19:48
10 109

Tramp Tayvan səfərinə görə Pelosini "dəli" adlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini tənqid edib.
"Sky News" xəbər verir ki, eks-dövlət başçısı Pelosini "dəli" adlandırıb və əlavə edib ki, siyasətçinin hərəkətləri yaxşı nəticələr verməyəcək. 
"O, həmişə problemdən başqa bir şey deyil. Onun etdiyi heç bir şey yaxşı bitmir", - Tramp bildirib.
Qeyd edək ki, Pelosi Asiya ölkələrinə səfəri çərçivəsində Tayvana da gedib. Bu da Çin ABŞ və Çinlə Tayvan arasındakı əlaqələrə zərbə vurub. 

Oxşar xəbərlər