"Ağ Ev Zelenskiyə inamsızlıqla yanaşır"
3-08-2022, 23:01
8 961

"Ağ Ev Zelenskiyə inamsızlıqla yanaşır"

Ağ Ev Ukrayna hakimiyyətinə, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskiyə adətən ictimaiyyətdə göründüyündən daha çox inamsızlıq və narahatlıqla yanaşır.
Bu sözlər köşə yazarı Tomas Fridmanın “New York Times” qəzetindəki məqaləsində yer alıb. Fridman Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini tənqid edərək, bunu tamamilə ehtiyatsız hərəkət adlandırıb. Köşə yazarı hesab edir ki, amerikalı siyasətçi bunun üçün ən pis vaxtı seçib. Müəllif arqument kimi Ukraynadakı münaqişəni misal çəkib.
“Ukrayna müharibəsi bitməyib. Amerika rəsmiləri Ukrayna rəhbərliyindən daha çox narahatdırlar. Ağ Evlə Ukrayna prezidenti Volodimir Zelenski arasında dərin inamsızlıq var ki, bu da bildirildiyindən qat-qat çoxdur. Bununla belə, bütün bunların ortasında biz Tayvan üzərində Çinlə münaqişə riski ilə üzləşəcəyik. Geosiyasət odur ki, eyni anda iki başqa super güclə iki cəbhədə müharibə apara bilməzsən”.

Oxşar xəbərlər