Pelosinin əri həbs edilə bilər - KİV
4-08-2022, 10:37
2 109

Pelosinin əri həbs edilə bilər - KİV

Nensi Pelosinin əri sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün mühakimə olunur.
Bu barədə "CBS News" məlumat yayıb. 
Məhkəmədə bildirildiyi kimi, Pol Pelosi may ayında "Porsche"ni "Jeep"ə çırpıb, lakin o, Şimali Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli olmadığını bildirib. 
Prokurorluq hadisəni "Jeep"in sürücüsünün aldığı xəsarətlərə görə yüngül cinayət hesab edib. Məlumata görə, 82 yaşlı Paul Pelosi təqsirli bilinərsə, onu ən azı beş gün həbs və beş ilə qədər sınaq müddəti gözləyir.
Qəzadan sonra həbs olunan Pelosi 5 min dollar girov müqabilində sərbəst buraxılıb.O, son məhkəmə iclasında şəxsən iştirak etməyib. 
Xatırladaq ki, Nensi Pelosinin Tayvana tarixi səfəri bir gün əvvəl başa çatıb. Pelosi 25 ildə adaya səfər edən ən yüksək rütbəli Amerika siyasətçisi olub.  Onun gəlişi ilə əlaqədar Çin ABŞ səfirini çağıraraq Tayvan ətrafında hərbi təlimlər keçirəcəyini elan edib. 
Çin də  Tayvana qarşı sanksiyalar tətbiq edib.

Oxşar xəbərlər