"Putinin bunkeri"nin memarının əmlakı müsadirə edildi
4-08-2022, 11:24
2 486

"Putinin bunkeri"nin memarının əmlakı müsadirə edildi

İtaliyanın Maliyyə Qvardiyası Rusiya diktatoru Vladimir Putinin evlərindən biri üçün layihə hazırlayan sahibkar və memar Lanfranko Sirillonun Gelendjik yaxınlığındakı əmlakını müsadirə edib. 
Bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.
Müsadirə edilən əmlaka evlər, vertolyot, bank aktivləri, pul vəsaitləri, zinət əşyaları, Pikasso, Sezanna, de Chirico, Duchamp və Kandinskinin əsərləri daxil olmaqla sənət əsərləri və 141 milyon avro dəyərində digər lüks əşyalar daxildir.
Sirillo vergi pozuntularında və çirkli pulların yuyulmasında şübhəli bilinir. İstintaqın məlumatına görə, memar 2013-2019-cu illərdə başqa ölkədə qondarma rezidentlik qeydiyyatı yolu ilə “on milyonlarla avro” məbləğində gəlirini bəyan edə bilməyib.
İstintaq Brescia əyalətində lazımi gömrük prosedurlarından keçməmiş Rusiya qeydiyyatında olan helikopterin tapılmasından sonra başlayıb. Sirillo fevral ayında "Giornale di Brescia"ya səlahiyyətlilərlə əməkdaşlıq etdiyini və mövqeyini "aydınlaşdırmaq" niyyətində olduğunu söyləyib. İş adamı bildirib ki, ona qarşı açılan iş onu təəccübləndirib, çünki “o, 20 ildən artıq Rusiyada yaşayır”.
Sirillo Gelendjik yaxınlığında "Putinin sarayı" layihəsini hazırlayıb, onun tikintisi, FBK araşdırmasına görə, 100 milyard rubla başa gəlib. Onu "Rosneft" və "Transneft" ödəyib. Araşdırmadan sonra iş adamı Arkadi Rotenberq özünü sarayın sahibi adlandırıb. Memarın özünün dediyinə görə, o, malikanədə prezident üçün deyil, “Budgazconsulting” şirkətində işləyib.

Oxşar xəbərlər