Putin və Ərdoğan bu layihələri müzakirə edəcək
4-08-2022, 13:54
7 728

Putin və Ərdoğan bu layihələri müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin avqustun 5-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla enerji sahəsində birgə strateji layihələri müzakirə edəcək.
Bu barədə Kremlin mətbuat xidməti bildirib.
"İyulun 19-da prezidentlərin Tehranda ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara uyğun olaraq Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının, o cümlədən ticari-iqtisadi əlaqələrin gələcək inkişafı və enerji sahəsində birgə strateji layihələrin müzakirəsi planlaşdırılır", - məlumatda deyilir.
Qeyd edək ki, avqustun 5-də R.T.Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.

Oxşar xəbərlər