Rusliya Donetskdə avtobus dayanacağını vurdu - 8 ÖLÜ (FOTO)
4-08-2022, 14:07
7 780

Rusliya Donetskdə avtobus dayanacağını vurdu - 8 ÖLÜ (FOTO)

Donetsk vilayətində rus işğalçıları Toretskdə ictimai nəqliyyat dayanacağını atəşə tutub, nəticədə 8 nəfər ölüb, 3-ü uşaq olmaqla 4 nəfər yaralanıb.
Bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavlo Kırilenko "Telegram"da məlumat verib.
“8 ölü, 4 yaralı – bu, rusların bu gün saat 11 radələrində Toretsk şəhərini atəşə tutmasının nəticələridir. Dörd yaralı arasında üç uşaq da var. İlkin məlumata görə, artilleriyadan atəş açılıb. Onlar həmin vaxt insanların sıx olduğu ictimai nəqliyyat dayanacağını vurublar”, - Kırilenko yazıb.



Oxşar xəbərlər