Krımlı qadın ruspərəst ərini tava ilə döydü
4-08-2022, 16:55
7 293

Krımlı qadın ruspərəst ərini tava ilə döydü

Sevtlana adlı krımlı qadın Ukraynada ruslara dəstək verdiyi üçün ərini döyüb. 
Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, qadın həyat yoldaşını tava və zibil qabı ilə döyüb. Ürəyi soyumayan qadın bağ kürəyi ilə evdə, eləcə də həyətdə "Z" və "V" hərfləri olan bütün bayraqları kəsib, daha sonra ərinin maşınındakı ruslara məxsus bütün stikerləri qoparıb.
Arvadı tərəfindən döyülən 43 yaşlı Oleq onu polisə şikayət edib. Yolundan dönməyən Svetlana hələ bundan sonra da siyasi baxışları uğrunda mübarizəni davam etdirəcəyini bildirib. 

Oxşar xəbərlər