Lavrov Paşinyana cavab verdi
5-08-2022, 10:43
1 693

Lavrov Paşinyana cavab verdi

Biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik.
Xarici KİV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. 
Lavrovun sözlərinə görə, Ermənistanın əlavə təşəbbüslər irəli sürmək hüququ var.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur.

Oxşar xəbərlər