Özbəkistan və Tacikistan hərbi təlimlərə başladı
5-08-2022, 10:51
1 690

Özbəkistan və Tacikistan hərbi təlimlərə başladı

Termezdə Özbəkistan və Tacikistanın birgə hərbi təlimləri keçirilir.
Bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Açılış mərasimindən sonra Özbəkistanın hərbçiləri tərəfindən nümunəvi dərslər təşkil olunub. 
“Nümayiş təlimləri zamanı hərbçilər yaxın döyüşün aparılması, yaralıların təxliyəsi və şərti düşmənin hücumunun dəf edilməsi üsullarını praktiki olaraq nümayiş etdiriblər”, - deyə məlumatın mətnində deyilir.
Qeyd edək ki, nümayiş təlimlərində Tacikistan hərbçiləri də iştirak edib.

Oxşar xəbərlər