Çin Zelenskinin təklifinə cavab verdi
5-08-2022, 11:06
1 697

Çin Zelenskinin təklifinə cavab verdi

Ukrayna prezident Volodimir Zelenski Çin lideri Xi Jinping ilə ikitərəfli danışıqlara təşəbbüs göstərsə də, Çin Xarici İşlər Nazirliyi cavabdan yayınır.
Bu barədə People.cn saytı məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyindən ÇXR-in prezidentlər arasında gələcək təmaslar üçün hər hansı planının olub-olmamasına aydınlıq gətirmək istənilib. O, belə cavab verib:
"Çin Ukrayna və Ukrayna böhranının digər tərəfləri ilə sıx əlaqələr saxlayır". 
"Çin Ukraynaya qarşı müharibəni şərh edərkən həmişə bu tərifdən istifadə edir. Onlar da Rusiyanı işğalçı ölkə adlandırmırlar. Əvəzində Pekin Moskvanın təbliğatını dəstəkləyir, onun əsas tezisi Qərb dövlətləri və NATO-nun Rusiya Federasiyasının təhlükəsizliyini təhdid etməsidir", - deyə KİV qeyd edib. 

Oxşar xəbərlər