Putin türkiyəli həmkarı ilə görüşmək üçün Soçiyə gəldi
5-08-2022, 14:45
7 209

Putin türkiyəli həmkarı ilə görüşmək üçün Soçiyə gəldi

Rusiya prezidenti Vladimir Putin hazırda Soçidədir və burada türkiyəli həmkarı Tayyib Ərdoğanla danışıqlar aparacaq.
"RİA Novosti" xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov bildirib.
"Prezident buradadır, Türkiyə prezidenti Ərdoğanla bugünkü təmaslara hazırlaşır. Onlar üzbəüz və nümayəndə heyətlərində ünsiyyət quracaqlar. Daxili məsələlərlə bağlı görüşləri istisna etmirik”, - deyə o bildirib.

Oxşar xəbərlər