Futbolçu ciyərlərinin 70 faizini anasına verdi
5-08-2022, 14:52
7 250

Futbolçu ciyərlərinin 70 faizini anasına verdi

Xorvatiyanın 2-ci liqasında mübarizə aparan "Tsibaliya"nın futbolçusu Robert Periç-Komşiç anası Liliananın həyatını xilas etmək üçün karyerasını təhlükəyə atıb. 
Qol.az tycsports.com-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu 13 ildir xəstəlikdən əziyyət çəkən qadına qaraciyərinin 70 faizini bağışlayıb. Robertin əməliyyatı İstanbulda olub. O, əməliyyatdan sonra bu addımı haqqında danışıb. Robert bir müddət sona futbola qayıda biləcəyini deyib: 
"Anamın həyatı təhlükədə idi. Onun ciyərinə su dolurdu. Başqa variantımızın olmadığını başa düşəndə sonra əşyalarımı yığıb, İstanbula getdim. Missiyam aydın idi: Anamı sağaltmaq. Qalan bütün şeylər mənim üçün ümumiyyətlə vacib deyildi. Anam mənə həyatını vermişdi. Mən də onun həyatını uzatdım. Özümü çox yaxşı hiss edirəm. Tam motivasiyalı, hər zamankından da əla əhval-ruhiyyədəyəm. Özümlə bağlı baş verənlər məni möhkəmlətdi. Ciyərim əməliyyatdan iki ay sonra, demək olar ki, tam bərpa olundu. Böyük zirvələrə hazıram və həftəsonu ilk dəqiqələrdən meydanda ola bilərəm".
Forvardın anası geridə qalan 13 il ərzində 3 dəfə transplantasiya əməliyyatı keçirib. Lakin onun bədəni heç bir orqanı qəbul etməyib.

Oxşar xəbərlər