Ərdoğan Soçiyə gəldi - YENİLƏNİB - 1
5-08-2022, 15:49
7 437

Ərdoğan Soçiyə gəldi - YENİLƏNİB - 1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə gəlib.
Dövlət başçısının təyyarəsi Soçi hava limanına enib.
***14:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.
Bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Rusiyanın Soçi şəhərinə yola düşüb”, - qeyd olunub
***09:54
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya bir günlük səfər edəcək. O, həmçinin Soçidə Kreml rəhbəri Vladimir Putinlə görüşəcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb. 
Onun sözlərinə görə, "danışıqlar ikitərəfli əməkdaşlıq məsələlərinə - ilk növbədə iqtisadiyyata və regional problemlərin - Suriya və Ukraynanın müzakirəsinə həsr olunacaq".
Həmçinin, Peskov  görüşdə Odessadan taxılla ilk uçuşun necə getdiyi barədə fikir mübadiləsi aparılacağını bildirib. 

Oxşar xəbərlər