Zaxarovadan azərbaycanlı həmkarlarına DƏSTƏK
6-08-2022, 10:03
1 757

Zaxarovadan azərbaycanlı həmkarlarına DƏSTƏK

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Londandakı həmkarlarına dəstəyini nümayış etdirib. 
O, özünün “Telegram” kanalında “Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm”-deyə qeyd edib. 
“Gündüz vaxtı səfirliyə edilən hücum məni şoka saldı. Vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini murdarlayıb, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim zərər görmədi”,-deyə Zaxarova qeyd edib.
O, vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır. Zaxarovanın sözlərinə görə, belə hadisələr qeyri-adi haldır.
“Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual verirəm: Siz harada olmusunuz?”, - Zaxarova qeyd edib.

Oxşar xəbərlər