Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
6-08-2022, 17:23
19 231

Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib

ABŞ Prezidenti Cozef Bayden Filippin Prezidenti Ferdinand Markosu ABŞ-a səfərə dəvət edib, səfərin tarixləri hələ işlənilir.

Bu barədə Filippinin xarici işlər naziri Enrike Manalo ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

"Prezident Bayden Prezident Markosu ABŞ-a səfərə dəvət edib. Səfərin nə vaxt baş tutacağı hər iki prezidentin iş qrafikindən asılı olacaq. Ortaq tarix ilə bağlı razılıq əldə olunsa, bu səfərin baş tutmasına nail ola bilərik”, - nazir deyib.

Oxşar xəbərlər