İslamiadanın azərbaycanlı qalibi əməliyyat olunub
10-08-2022, 13:17
1 764

İslamiadanın azərbaycanlı qalibi əməliyyat olunub

II Avropa Oyunlarının və Avropa çempionatının üçqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş yunan-Roma güləşçisi İslam Abbasov ağır zədə alıb.

26 yaşlı idmançı Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına hazırlaşarkən zədələnib.

O, artıq Almaniyada əməliyyat olunub. İyunda İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq turnirində qızıl medal qazanmış İslam Abbasov bu səbəbdən İslamiadaya qatılmayıb.

Onun 10-18 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında və Bakıda 5-6 noyabrda təşkil olunacaq Dünya Kubokunda iştirak etməyəcəyi dəqiqdir.

Qeyd edək ki, Azərbaycanı İslamiadada İslam Abbasovun yarışdığı 87 kq çəki dərəcəsində Məhəmməd Əhmədiyev təmsil edəcək. Yunan-Roma yarışlarına 12 avqustda start veriləcək.

Oxşar xəbərlər