Ermənistanda İran yanacağının qeyri-qanuni satışı halları aşkarlandı
10-08-2022, 15:13
7 182

Ermənistanda İran yanacağının qeyri-qanuni satışı halları aşkarlandı

İrandan Ermənistana külli miqdarda benzin və dizel yanacağı idxal edən bəzi şirkətlər əvvəlcədən vergidən yayınma mexanizmlərini hazırlayıb və tətbiq etməyə çalışıblar.
"Armenia News" xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xüsusilə, İran yük maşınlarının sürücüləri çənlərə nəzərdə tutulandan bir neçə dəfə artıq dizel yanacağı doldurub, müvafiq sənədləri olmadan onu Ermənistanın Sünik rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə satıblar. Yanacaqdoldurma məntəqələri isə müvafiq yanacaq partiyalarını toplayaraq onları qanunsuz olaraq Ermənistana yanacaq idxalı ilə məşğul olan iri təşkilatlarına satıblar.
Bundan başqa, bəzi idxalçılar yanacağı Ermənistanda təkrarən satırlar, halbuki sənədlərə görə, o, Qarabağda fəaliyyət göstərən firmalara satılmalı idi.
Qanun pozuntularına yol vermiş sahibkarlıq subyektləri məsuliyyətə cəlb olunacaqlar.

Oxşar xəbərlər