7 erməni ailəsi Qarabağda qalmağa razılıq verdi
10-08-2022, 18:17
7 015

7 erməni ailəsi Qarabağda qalmağa razılıq verdi

“Hazırda təxliyyə işləri aparılır. Sakinlər hələ də kəndi tərk etməyiblər”.
“Hraparak” xəbər verir ki, bu sözləri Zabux kənd icmasının “rəhbəri” Andranik Çauşyan deyib. O bildirib ki, hazırda sakinlərə ev barəsində heç bir vəd verilməyib:
“Nazirlik sadəcə məktəbi boşaltmaq üçün maşın ayırıb. 54 ailədən isə yalnız 7-si “Artsax”da qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək, İrəvan, Sünik və s.
Həmin o 7 ailənin harada qalacağı isə hələ bəlli deyil, sabah o işlərlə məşğul olacağıq. Yəqin ki, tikilməkdə olan evlərin məsələsi həll olunana qədər müvəqqəti olaraq qonaq evlərində yaşayacaqlar.
Onsuz da azərbaycanlılar heç vaxt ermənilərin evində yaşamırlar. Biz həmişə qurmuşuq, yaratmışıq, məhv etməyi isə sevmirik. Sadəcə şərait bizi məcbur edir”.

Oxşar xəbərlər