Trampın yaxın adamını öldürmək istəyirlər
11-08-2022, 11:02
2 037

Trampın yaxın adamını öldürmək istəyirlər

"SEPAH üzvü Donald Trampın keçmiş milli təhlükəsizlik müşavirini öldürmək üçün 300 min dollar təklif edib".
Bu haqda ABŞ-ın Ədliyyə Departamenti məlumat yayıb.
Birləşmiş Ştatlar səlahiyyətliləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olduğu iddia edilən bir şəxsi ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sui-qəsd hazırlamaqda, ehtimal ki, İran generalı Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə qisas almaqda ittiham edib.
ABŞ Ədliyyə Nazirliyi çərşənbə günü Tehrandan Şəhram Poursəfiyə qarşı ittihamları açıqlayıb və onu Vaşinqtonda və ya qonşu Merilenddə qətli həyata keçirmək üçün ABŞ-da yaşayan naməlum şəxsə 300 min dollar təklif etməkdə ittiham edib.

Oxşar xəbərlər