Ukraynanın növbəti prezidenti o ola bilər
11-08-2022, 16:04
7 439

Ukraynanın növbəti prezidenti o ola bilər

Ukrayna Prezident Ofisi başçısının müavini Aleksey Arestoviç ölkənin növbəti prezidenti ola bilər.
 
Bu barədə siyasətçinin özü "V qostyax u Dmitriya Qordona” verilişində qonaq olarkən deyib.
Arestoviç bildirib ki, əgər indiki Prezident Volodimir Zelenski ikinci dəfə namizədliyini irəli sürməsə, özü seçkilərə qatılacaq: "Görüm necə olacaq”.
Qeyd edək ki, A. Arestoviçin 47 yaşı var. 2005-ci ildən siyasətlə məşğuldur. Həmçinin aktyorluq və bloqerlik fəaliyyəti olub. Ailəlidir, üç övladı var.
 
 




Oxşar xəbərlər