Ukraynada öldürülən azərbaycanlı iş adamı dəfn edildi
12-08-2022, 13:11
1 839

Ukraynada öldürülən azərbaycanlı iş adamı dəfn edildi

Xəbər verdiyimiz kimi, Ukraynada 33 yaşlı azərbaycanlı iş adamı Sənan Qəniyev kəsici alətlə qətlə yetirilib.
Bu gün S.Qəniyevin dəfn mərasimi keçirilib.
O, Kürdəmir rayonu Karrar kənd qəbiristanlığında ailə məzarlarının yanında dəfn edilib.
Yaxınlarının Yeniavaz.com-a verdiyi məlumata görə, qətl hadisəsi dönər şişi ilə törədilib. Belə ki, türkiyəli iş adamı mərhumu bud hissəsindən vurub. Qeyd olunub ki, hadisə çox ani olduğundan öldüyünü bir qədər sonra biliblər. İş adamı qanaxmadan dünyasını dəyişib.
Bildirilib ki, iş adamının nəşi əvvəlcə Polşaya, daha sonra Almaniyaya, oradan isə Bakıya gətirilib. Bu səbəblə də dəfn mərasimi gecikib.

Oxşar xəbərlər