İspaniyada qasırğaya görə konsert səhnəsi uçdu: Ölən və yaralananlar var - VİDEO
13-08-2022, 14:46
17 594

İspaniyada qasırğaya görə konsert səhnəsi uçdu: Ölən və yaralananlar var - VİDEO

İspaniyanın Valensiya muxtar icmasında keçirilən festivalda güclü külək nəticəsində səhnə uçub. Faciə nəticəsində azı bir nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin “Twitter” profilində məlumat verilib.
Məlumata görə, hadisə Kulyerada 4.18-də (Bakı vaxtı ilə 6.18) baş verib.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Baş verənlərlə əlaqədar araşdırmalara başlanılıb.



Oxşar xəbərlər