ABŞ-da Bərdə terroruna etiraz olaraq yürüş keçirilib
2-11-2020, 12:12
206

ABŞ-da Bərdə terroruna etiraz olaraq yürüş keçirilib

ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhali sayına görə ştatda dördüncü ən böyük şəhər olan San Fransiskoda Bərdəyə atılmış raketlər nəticəsində mülki vətəndaşların öldürülməsinə etiraz olaraq yürüş keçirilib.
Bakıtv.az xəbər verir ki, yürüşdə orada yaşayan hərmyerlilərimiz, həmçinin türk icmasının nümayəndələri iştirak ediblər. 
Aksiyada "Pray for Barda" ("Bərdə üçün dua et!"), "Ermənistan geri çəkilməlidir", "Qarabağ Azərbaycandır" şüarları olan plakatlar qaldırılıb.
Aksiyada, eyni zamanda, Ermənistanın Bərdədə törətdiyi terroru əks etdirən şəkillər də yer alıb.

Oxşar xəbərlər