Tətildə olan Conson tənqid edildi - FOTO
15-08-2022, 21:52
9 612

Tətildə olan Conson tənqid edildi - FOTO

İngiltərədə iyul ayında başlayan partiya qalmaqalından sonra istefa verdiyini açıqlayan, lakin yeni seçkiyə qədər vəzifəsində qalan Baş nazir Boris Consonun ardıcıl tətilləri ölkədə gündəm olub.
Baş nazir həyat yoldaşı Kerri Consonla iki həftə ərzində ikinci dəfə tətilə getdiyi Yunanıstanda görüntülənib. 
İngilislər Consonun Yunanıstanda çəkilmiş görüntülərinə sosial mediada reaksiya verib. Belə ki, bir çoxları onun yaşayış bahasına görə çətin vəziyyətdə olduğunu bildirsə də, Baş nazir heç nəyi vecinə almadan tətilinə davam edib.
Bununla yanaşı Consonlar Afinaya yaxın sahil qəsəbəsi Nea Makridə bir ərzaq mağazasında görüntülənib. 
  • Tətildə olan Conson tənqid edildi - FOTO
  • Tətildə olan Conson tənqid edildi - FOTO

Oxşar xəbərlər