Çin Tayvan yaxınlığında təlimlər keçirəcək
15-08-2022, 14:07
7 649

Çin Tayvan yaxınlığında təlimlər keçirəcək

Çin silahlı qüvvələri bir qrup ABŞ parlamentarisinin özünü idarə edən adaya səfəri fonunda Tayvan yaxınlığında yeni hərbi təlimlər elan edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Senator Ed Markinin başçılıq etdiyi beş amerikalı qanunverici avqustun 14-ü bazar günü axşam elan olunmamış səfərlə Taypeyə gəlib. Bu, avqustun əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən sonra Tayvana səfər edən ikinci yüksək səviyyəli qrupdur. 
ABŞ parlamentinin nümayəndələrinin Tayvana yeni səfərinə cavab olaraq, Çin Xalq Azadlıq Ordusunun Şərq Teatr Komandanlığı bazar ertəsi Tayvan ətrafındakı dəniz və hava məkanında döyüş hazırlığı və döyüş təlimləri üzrə çoxfunksiyalı birgə patrul təşkil etdiyini bildirib.
Çin ordusunun Şərq əməliyyat teatrı bəyanatında hərbi təlimləri “ABŞ və Tayvan üçün ciddi maneə” adlandırıb.

Oxşar xəbərlər