İrəvan metrosunda bomba olması ilə bağlı həyəcan siqnalı verildi
16-08-2022, 11:10
26 481

İrəvan metrosunda bomba olması ilə bağlı həyəcan siqnalı verildi

İrəvan metro stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı həyəcan siqnalı daxil olub. 
Erməni KİV-ləri xəbər verir ki, hazırda sərnişin daşımaları dayandırılıb. 
Bu barədə İrəvan metrosu mətbuat xidmətinin məlumatənda deyilir: "Hörmətli vətəndaşlar, avqustun 16-da saat 10:05-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvan metro stansiyalarında partlayıcı qurğuların yerləşdirildiyi barədə xəbərdarlıq edilib.
DİN-in Xilasetmə Qüvvələrinin Xüsusi Təyinatlı Xilasetmə Əməliyyatları Mərkəzinin kinoloji dəstəsi və Mülki Müdafiə İdarəsinin Mülki Müdafiə Qoşunlarının Kollektiv mərkəzinin mühəndis-xilasetmə dəstəsi hadisə yerinə yollanıb.
Hazırda metro ilə sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb". 

Oxşar xəbərlər