Xarkovda matəm elan edildi
19-08-2022, 10:34
2 135

Xarkovda matəm elan edildi

Bu gün Xarkovda matəm günü elan edilib. 
Bu barədə Xarkov meri İqor Terekov öz "Telegram" səhifəsində məlumat verib.
"Hörmətli Xarkov sakinləri! Bu gün Xarkovda Matəm günüdür. Avqustun 17-də axşam və 18-də səhər saatları Xarkov üçün müharibə başlayandan bəri ən çətin günlərdən birinə çevrildi. İnsanlar ölüb, çoxlu sayda yaralı var, o cümlədən uşaqlar. Düşünürəm ki, bu gün müharibənin qurbanı olan hər kəsi, evlərinin divarları arasında, doğma şəhərinin küçələrində, döyüş meydanında həlak olanların hamısını xatırlamaq düzgün olardı. Dəhşətli qiymət ödəyib, biz güclənəcəyik, düşmənin raketləri isə öz yaradıcılarını yeyəcək bir pas yığınına çevriləcək.Ukraynaya sülh və hər bir ukraynalı ailəyə güc!Ölülərə əbədi xatirə”- yazıb.

Oxşar xəbərlər