Zabuxdan çıxan daha bir erməni evini yandırdı - VİDEO
19-08-2022, 13:50
115 327

Zabuxdan çıxan daha bir erməni evini yandırdı - VİDEO

Laçının Zabux kəndində qanunsuz yaşayan daha bir erməni “sakin” ərazini tərk etməzdən əvvəl evini yandırıb.

Ermənistan KİV xəbər verir ki, o bu addımını azərbaycanlılara nifrətindən atdığını qeyd edib.


"Buradan rahat getmək üçün hər şeyi yandırıram. Bütün bunlar türkə qalsa, o zaman rahat olmayacam”, - deyə Zabuxdan çıxan erməni  videomüraciətində bildirib.

Bu, Zabuxda ikinci haldır ki, təxliyədən əvvəl erməni azərbaycanlılara qalmasın deyə yaşadığı evi yandırır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib.
Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.

 

 

Oxşar xəbərlər