"Bunu Rusiya ilə koordinasiya edirik" - Ərdoğan
19-08-2022, 14:00
115 307

"Bunu Rusiya ilə koordinasiya edirik" - Ərdoğan

Suriyada atdığımız hər addımı müxtəlif səviyyələrdə Rusiya ilə koordinasiya edirik.
Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, səlahiyyətli nümayəndələr daim müzakirələr aparırlar.
"Soçidə görüşdəki Suriyadakı durum əsas məsələlərdən biri idi. Buradakı durumla əlaqədər olaraq yenə də mən cənab Putinlə, nazirlər isə öz həmkarları ilə dialoqları davam etdirirlər. Bundan sonra da belə olacaq",-  deyə o,  bildirib. 

Oxşar xəbərlər