Dünya
2-11-2020, 13:44
219
Mqer Qriqoryan həyəcan təbili çalır - Büdcə fəlakət həddindədir
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə verdiyi müsahibədə hərbi vəziyyətin iqtisadiyyata çox ciddi təsiri etdiyini deyib.
KONKRET.az erməni mediasına istinadən bildirir ki, Mqer Qriqoryanın açıqlamaları yumşaq desək, ölkə büdcəsində baş verən dəhşətli fəlakətdən xəbər verir. Nəzərə alaq ki, erməni saytları hərbi vəziyyəti nəzərə alaraq cəmiyyətdə ajiotaj yaradacaq yazı və açıqlamalr vermir. Eləcə də hökumət rəsmiləri bu istiqamətdə danışmağa həvəsli görünmürlər.
Amma bütün bunlara baxmayaraq, Mqer sətiraltı, ehtiyatla cəmiyyətə belə bir mesaj ötürüb ki, vəziyyət arzuolunmaz həddə gedir:
M.Qriqoryanın bu ifadələrindən də bu, çox aydın şəkildə sezilir: “Əlbətdə ki, bütün bu hadisələrin büdcə gəlirlərinə olduqca ciddi təsiri olub və bu, davam edəcək. Əslində, biz artıq dövlət borcunun həddi barədə düşünməliyik”.
Baş nazirin müavini saxtakarlıqla ümid etdiyini bildirib ki, hökumət bu vəziyyətdən çıxacaq.
Görəsən, Mqer hansı möcüzənin baş verəcəyinə inanır?!