Almatıda partlayış: Ölən və yaralananlar var
1-09-2022, 10:13
2 264

Almatıda partlayış: Ölən və yaralananlar var

Qazaxıstanın Almatı şəhəri yaxınlığında istilik izolyasiya lövhələri istehsalı zavodunda qaz partlayışı baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, partlayış nəticəsində zavodun örtüyü yanıb, dam örtüyü və divarı uçub.
"Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə orta dərəcəli bədən xəsarətləri alıb. Yanğın saat 10:35-də lokallaşdırılıb, saat 10:50-də söndürülüb", - deyə qeyd olunub.

Oxşar xəbərlər