Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq
1-09-2022, 11:00
2 315

Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq

Keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq.

Bu barədə "İnterfaks" agentliyinə Qorbaçovun qızı İrina məlumat verib.
Sabiq Prezident Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumla vida mərasimi Moskvada İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək.

Qeyd edək ki, Mixail Sergeyeviç Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da 92 yaşında vəfat edib.
 

Oxşar xəbərlər