"Evdən çölə çıxmayın" - Kiyevdə fövqəladə vəziyyət yarandı
2-09-2022, 11:41
2 611

"Evdən çölə çıxmayın" - Kiyevdə fövqəladə vəziyyət yarandı

Kiyevdə güclü yanğın nəticəsində havanı tüstü qatı bürüyüb. 
UNİAN xəbər verir ki, tüstü qatı Vışqorod rayonunun Sosnovka kəndində baş vermiş torf yanğını nəticəsində yaranıb. 
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti şəhər sakinlərinə evin pəncərələrini bağlayaraq çölə çıxmamaları barədə xəbərdarlıq edib. 
Xilasedicilər vətəndaşları sakit olmağa çağırıb. 

Oxşar xəbərlər