BMT Rusiyaya təşəkkür ETDİ
2-09-2022, 11:43
8 515

BMT Rusiyaya təşəkkür ETDİ

BMT-nin Rusiyanın Zaporojye atom elektrik stansiyasına nəzarət etmək üçün gələn Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) komandasını qorumaq səylərindən məmnundur.
Bunu Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin baş sözçüsü  Stephane Dujarric Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib. 
"BMT-nin hər hansı bir missiyası kimi, BMT personalının təhlükəsizliyini təmin etmək müəyyən əraziyə nəzarət edənlərin məsuliyyətidir. Rusiya Federasiyasının müstəntiqlərimizin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməsindən məmnunuq" ,- deyə o, ifadə edib. 
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti Avropanın ən böyük atom elektrik stansiyası olan və keçən mart ayından Rusiyanın nəzarətində olan Zaporojya Atom Elektrik Stansiyasında ilk gün araşdırmalarını tamamlayıb.
Bildirilib ki, MAQATE nümayəndə heyətinin böyük hissəsi 3 saatlıq işdən sonra AES-i tərk edərkən, heyətdəki texniki işçilər stansiyada qalıb.
Nümayəndə heyətinin araşdırmalarını sentyabrın 3-dək davam etdirməsi planlaşdırılır, MAQATE-nin prezidenti Rafael Qrossi stansiyanın girişində jurnalistlərə bildirib ki, onlar stansiyaya çatmaq üçün çox səy göstəriblər: "Biz bunu etdik. Fədakarlıq göstərənləri görürük. Stansiyanın personalı və rəhbərliyi çətin şərtlərə baxmayaraq işlərində çox peşəkardırlar” , - deyib. 

Oxşar xəbərlər